Məqsədimiz
İnformasiya Texnologiyaları Mərkəzində (İTM-də) 2007 ci ilin əvvələrində qlobal problem olan işsizliklə bağlı seminar keçirildi. Seminarda İTM-in rəhbərliyi və işçiləri ilə birlikdə, həm də Gəncə şəhərinin bir çox elm adamları, QHT üzvləri, media işçiləri və tələbələr iştirak edirdilər.
Seminarda işsizliyin ən çox hansı səbəblərdən yarandığını aydınlaşdırmağa başladılar. Səs çoxluğu ilə məlum oldu ki, işsizlik daha çox kortəbiiliklə iş axtarmaqdan, işə götürülərkən kadrların düzgün süçilməməsindən, informasiyanın işsizlər arasında zəif olmasından və bu kimi bir çox hallardan yaranır.
Buna görə İTM və bir qrup fəal gənclər birləşərək bu saytı yaratmağı qarşılarına məqsəd qoydular. İTM-in ən güclü vebmasterləri bu veb proqramın yığılmasını, gənclər isə işin təşkilini öz üzərlərinə götürdülər.
Çoxsaylı müraciətlərə görə iş elanları əvvəlcə İTM tərəfindən yığılmış www.euroservice.az saytında yerləşdirildi. Veb proqram hazır olandan sonra isə elanlar burada verilməyə başlandı.
İşsizliyin azalmasına az da olsa təsir göstərmək daima birinci məqsədimiz olaraq qalacaq.