İnformasiya Texnologiyaları Mərkəzi

 

    İnformasiya Texnologiyaları Mərkəzi (İTM) İctimai Birliyi 2006-cı il mart ayından etibarən fəaliyyət göstərir. Təşkilatın təsisçiləri Namiq Ələsgər oğlu Məmmədov, Asəf Vahid oğlu Əhmədov, Natiq Ələsgər oğlu Məmmədovdur. İTM qeydiyyat üçün 10 yanvar 2007-ci ildə Ədliyyə Nazirliyinə müraciət etmişdir. Bu illər ərzində İTM öz fəaliyyət dairəsini genişləndirmiş, özünə çoxlu savadlı kadrlar qazanmışdır. Təşkilatın üzvləri ilə birlikdə gördüyü işlər daima öz səmərəsini vermişdir. Ötən vaxt ərzində İTM gündən-günə artan üzvlərinə həm öyrətmiş, həm də onlardan öyrənmişdir. Bu da təşkilatın tez bir zamanda yüksəlməsinə gətirib çıxarmışdır. İTM-in yaranmasının əsas səbəblərdən birincisi Azərbaycanda informasiya texnologiylarının inkişafına köməklik göstərmək, vətəndaşlarımıza dünya texnologoyasını öyrətməkdən ibarətdir. Biz rəhbərlik olaraq daima çalışırıq ki, Vətənimizin üçrəngli bayrağı texnologiya sahəsində hökmranlıq edən dövlətlərin rəsmi idarələrinin qarşısında, kompüterlərində, televiziyalarında və bir çox mötəbər yerlərdə dalğalansın. Vətəndaşlarımızın etdiyi icadlar, yeniliklər dünyanın hər yerində istifadə edilsin. İTM bir çox təşkilatlarla iş birliyi qurmuşdur. Bu iş birliyi nəticəsində İTM-in həm təcrübəsi artmış, həm də gördüyü işin dəyəri yüksək keyfiyyəti ilə seçilmişdir. İTM-in yaranma tarixi, həmçinin, yenilikləri ilə də seçilir. Belə ki, təşkilat Gəncə şəhərində müasir kompüter xidmətləri göstərən ilk İctimai Birlikdir. Hazırladığımız kompüter dərslikləri, kompüter proqramları, web saytlar yüksək keyfiyyəti və kəmiyyəti ilə seçilir.
    Bu sayt da İTM-in veb studiyasında yığılmışdır. Bütün scriptlər İTM-ə məxsusdur. Sayta yaxın vaxtlarda FORUM, ÜZVLÜK bölməsi və bu kimi digər müasir sistemlər yerləşdiriləcək.