VIP giriş haqqında

VIP (Very Important Person - Çox mühim şəxs) giriş yalnız İnformasiya Texnologiyaları Mərkəzi ilə Veb Araşdırma və Proqramlaşdırma Akademiyasının üzvləri üçün hazırlanmışdır. Üzvlərimiz xüsusi ad və şifrə vasitəsiylə özlərinin VIP hesabına daxil ola, həmçinin yalnız üzvlərə məxsus xüsusi səhifələrdən istifadə edə bilərlər. Bu zaman VIP girişi gerçəkləşdirən şəxsin bütün məlumatları, əsasən də hansı bölgədən sayta daxil olması, kompyuterinin IP ünvanı, serverin IP ünvanı sayt idarəçisinə göndərilir ki, bu da girişin hər hanıs bir yolla saxtalaşdırılmasına qadağa qoyur. Qaydalara zidd hallar aşikar olunarsa həmin üzvün VIP hüquqları əlindən alınır. VIP giriş kodlaşdırılarkən bir çox məşhur saytların, əsasən də bank saytlarının funksiyaları nəzərə alınmışdır ki, bu da bizə VIP üzvün kimliyini tam dəqiqləşdirməyimizə şərait yaradır.
VIP üzvlərimiz üçün xüsusi xidmətlərimiz mövcuddur. Bunlardan ən önəmliləri online əlaqə, məsafəli təhsil, lisenziyalı proqramlar, İTM və VAPA tərəfindən hazırlanmış dərslik və proqramların yüklənməsi, ən son texnologiyalar haqqında məlumat verilməsidir.
Pisniyyətli istifadəçiləri də nəzərə alaraq VIP sistem yüksək təhlükəsizlik qaydalarına uyğun olaraq sistemləşdirilmişdir. VIP üzvlərimizin bütün məlumatları məxfi saxlanılır və üçüncü şəxslə paylaşılması yolverilməzdir.