VAPA-nın tarixi

Veb Araşdırma və Proqramlaşdırma Akademiyası (VAPA) Azərbaycanda həm internetin araşdırılmasını, həm də proqramlaşdırılmasını təşkil edən və bunların tədrisini aparan ilk və tək veb akademiyadır. VAPA 06 noyabr 2007-ci ildə Namiq Məmmədov tərəfindən Azərbaycan Respublikası Gəncə şəhərində yaradılmışdır.

VAPA yarandığı gündən İnformasiya Texnologiyaları Mərkəzi (İTM) ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq hal-hazırda VAPA və İTM-in birgə fəaliyyət göstərməsinə gətirib çıxarmışdır. Bu da hər iki tərəfin daha da inkişaf etməsinə və bir çox irəliləyişlərə səbəb olmuşdur. Get-gedə informasiya texnologiyalarına ehtiyacın artması və veb aləmin inkişaf etməsi VAPA-nı dünya təcrübəsindən istifadə etməyə ruhlandırmış, beləliklə də vətənimizdə də belə bir nüfuzlu, güclü və professional bir mərkəz yaranmışdır. VAPA bu gün dünyaya meydan oxuyan proqramlaşdırma dilləri ilə yaxından tanışdır. Həmçinin veb proqramların qurulmasını həyata keçirərkən lazım olan digər sahələri (veb dizayn, qarif editor, tərcüməçi və s.) də özündə cəmləyib. VAPA-da yığılan veb proqramların işləmə prinsipi, sistem zənginliyi, təhlükəsizlik təminatı ilə bərabər, həm də gözə xoş görünüşü, hamı tərəfindən istifadəyə yararlı olması da təqdirə laiq haldır. Laboratoriyamızda yığdığımız və hal hazırda internetdə fəaliyyət göstərən veb proqramların istəyimizə uyğun işləməsi bizdə belə bir fikir yaradır ki, keçmişimizi öyrənib gələcəyimizi qurmağa tam gücümüz var. Daha Azərbaycan da informasiya texnologiyaları sahəsində inkişaf etmiş ölkələr sırasına daxil olmalıdır. Bu yolda biz istənilən şəxslə əməkdaşlıq etməyə hazırıq. “Güc birlikdədir” prinsipini nəzərə alıb yeni kəşflər etməyə və Azərbaycanın inkişafı naminə irəli! Bu yolda VAPA daima sizinlədir.