İdarə heyyəti

Namiq Ələsgər oğlu Məmmədov
VAPA-nı təsis edən
12.09.1983-cü ildə Kəlbəcər rayonu Başlıbel kəndində anadan olub. 2001-2003-cü illərdə həqiqi hərbi xidmətdə olub. Hal-hazırda Gəncə Müəllimlər institutunun tələbəsidir. Xarici dillərdən ingilis dilini bilir. 200-dən artıq kompyuter proqramını mükəmməl bilir. Azərbaycanca kompyuter proqramlarına aid bir çox dərsliklərin və elmi məqalələrin müəllifidir. Kompyuter proqramlarını Azəricəyə çevirməklə də məşğuldur. Veb proqramlaşdırma sahəsində xüsusi bacarıqları var. İTM-in təsisçilərindən biridir. Milliyəti azərbaycanlı, dini islamdır.
Aşağıdakı işlərdə işləyib:
1. Seçki Monitorinq Mərkəzində kompyuter operatoru;
2. Kompyuter müəllimi;
3. “Məşəl qəzeti” MMC-də informasiya texnologiyaları üzrə menecer;
4. “Euroservice”-də informasiya texnologiyaları üzrə menecer.
5. İnformasiya Texnologiyaları Mərkəzində menecer (hal-hazırda da işləyir).

Natiq Ələsgər oğlu Məmmədov
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
01.01.1985-ci ildə anadan olub. BDU-nun İlahiyyat fakultəsini magistr diplomu ilə qurtarıb. Xarici dillərdən ərəb və ingilis dillərini bilir. Kompyuter anlayışı və biliyi var. Kinoksla məşğul olub.
Milliyəti azərbaycanlı, dini islamdır.

Tural Yunis oğlu Musayev
Hüquq xidməti rəisi
12.07.1984-cü ildə anadan olub. Xarici dillərdən ingilis dilini bilir. Ərəb dilindən anlayışı var. Kompyuter biliyi qane edicidir.
Milliyəti azərbaycanlı, dini islamdır.